Naxçıvan Müəllimlər İnstitutunda “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən Hüseyn Cavidin “Azər” poemasının müzakirəsi keçirilmişdir.
A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 14 aprel 2022-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutu Kitabxanaçılıq və İnformasiya ixtisasi üzrə təhsil alan I və II kurs tələbləri ilə “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən Hüseyn Cavidin “Azər” poemasının müzakirəsi keçirmişdir.
Tədbiri giriş sözü ilə açan İnstitutun Təbiət və İncəsənət fakulətisinin dekanı, Pedoqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar” haqqındakı sərəncamından, siyahıya daxil edilmiş ədəbiyyatların gənc nəslin tərbiyəsindəki rolundan danışdı və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası kollektivinə gənclər arasında vaxtaşırı kitabların müzakirəsini keçirdikləri üçün təşəkkürünü bildirdi.
Sonra A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının baş biblioqrafı Xanım Haqverdiyeva “H.Cavidin həyat və yaradıcılığı” və böyük metodist Tamaraxanım Aşurlu isə “H.Cavid yaradıcılığında Azər poeması” mövzularında məruzə ilə çıxışlar etdilər və tələbələrlə mövzu əsasında geniş müzakirələr apardılar.
Sonra A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxansının direktoru Kamal Axundov tələbələrə mütaliənin əhəmiyyətindən danışdı və onlara “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən ədəbiyyatlarla tanış olmağı tövsiyə etdi.
Sonda tədbir iştirakçıları “Oxunması zəruri olan kitablar”dan ibarət sərgi ilə tanış oldular.
