2000-ci ildən fəaliyyətə başlayan Naxçıvan Müəllimlər İnstitutunun Elmi kitabxanası İnstitutun aparıcı struktur bölmələrindən biri olub çap əsərlərini və digər informasiya daşiyıcılarıni toplayıb, mühafizə edən , onların sistemli istifadəsini təşkil edən, Muxtar Respublikada elmi kadrların hazırlanmasında xüsusi rol oynayan elmi mərkəzdir.

    Kitabxana fondu 

Kitabların ümumi sayı: 10985 nüsxə

Latın əlifbası ilə olan kitablar: 9309 nüsxə

Kiril əlifbası ilə olan kitablar: 1676 nüsxə

Xarici dildə olan kitablar: 950 nüsxə

Bunlardan:

Elmi 6828

Bədii 4157

2021-ci ilin birinci yarım ilində kitabxananın fonduna 58 adda 161 sayda yeni kitab daxil olub.

Bunlardan:

Ali Məclis tərəfindən hədiyyə olunan kitablar 37 sayda

İnstitut əməkdaşlarının hədiyyə etdiyi kitablar 27 sayda

Kənar təşkilatlar və şəxslər tərəfindən hədiyyə olunan kitablar 97 sayda

Bunlardan:

Elmi 148

Bədii 13

Həmçinin kitabxanada 341 sayda kitabça vardır

Bunlardan

A) avtoreferatlar 195 sayda

B) proqramlar 117 sayda

C) dissertasiya və elmi – tədqiqat materialları 29 say

 

  Strukturu

  1. Ümumi fond
  2. Ümumi oxu zalı
  3. Depozitar fond
  4. Elektron informasiya xidməti zalı

Kitabxanadan istifadə qaydaları

-Kitabxana institutun bütün əməkdaşları üçün açıqdır və ondan istifadə pulsuzdur;

-Kitabxanadan istifadə edən oxucu şöbənin işçisinə şəxsiyyət vəsiqəsini təqdim edib, “Oxucu formulyarı”nda göstərilən sualları cavablandirandan sonra kitabxanaya üzv olur;

-Şəxsiyyət vəsiqəsi olmayan (tələbə bileti və qiymət kitabçası götürülmür) oxucuya evdə istifadə etmək üçün kitab verilmir;

-Oxumaq üçün alınmış ədəbiyyatı başqa şəxsə vermək və ya kitabxanadan kənara çıxarmaq olmaz;

-Oxucunun fonda girməsi və icazəsiz kitab götürməsi qadağandır;

-Oxu zalında mobil telefondan istifadə etmək olmaz;

-Kataloq və kartotekalardan nzakətlə istifadə olunmalıdır. Onların kartoçkalarını yazmaq, cırmaq, çıxarmaq və kənara aparmaq olmaz;

-Hər bi oxu zalının fondundan alınan ədəbiyyatdan yalnız həmin zalda istifadə etmək olar;

-Dissertasiya və mühafizə olunan bəzi ədəbiyyatların surətlərinin çıxarılması qadağandır;

-“Kitabxana İşi Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə kitabxana fondlarına məxsus çap əsərləri itirilmişsə, yararsız vəziyyətə salınmışsa, həmin əsərlər başqa müvafiq çap əsərləri ilə əvəz edilməli, yaxud da çap əsəri və digər materialların qaytarılması, dəyişdirilməsi mümkün olmadıqda , o kitabın qiymətinin 10 misli həcmində pul ödənilməlidir ki, itirilmiş kitabın əvəzinə başqa kitab alınsın.

XİDMƏT

İnstitutun Elmi Kitabxanasına üzv olmaq üçün oxucular aşağıdakı sənədləri təqdim etməlidir:

-şəxsiyyəti təsdiq edən sənəd;

-tələbə bileti.

OXUCULARA  XİDMƏT

Fərdi abonementdən institutun bütün işçiləri istifadə edə bilər. Buradan eyni vaxtda:

-akademik və müxbir üzvülərə- 10 nüsxə;

-elmi işçilərə – 5 nüsxə;

-tələbələrə – 3 nüsxədən artıq ədəbiyyat verilmir.

-digər ali məktəb tələbə və müəllimləri kitablardan yalnız kitabxananın oxu zalında istifadə edə bilər.

Fərdi abonementlərə verilmir:

-məlumat xarekterli nəşrlər (lüğət, ensiklopediyalar);

-nadir kitablar, qiymətli nəşrlər;

– avtoreferat və dissertasiyalar;

– dövrü mətbuat nümunələri;

-oxu zallarının xidmətindən bütün oxucular istifadə edə bilər;

-kitabxanaya borcu olan oxuculara xidmət edimir;

   Elektron oxu zalında:

12 ədəd komputer dəsti oxucuların ixtiyarına verilərək aşağıdakı formada xidmət göstərir.

-internet vasitəsi ilə elektron kitabxanadan istifadə;

-Kitabxana daxilində elektron kitabxanadan istifadə;

-Elektron kitabxanadakı kitabları oxuya bilmək üçün istifadəçinin komputerində ADOBE READER proqramının olması vacibdir. Çünki bu proqram olmadan elektron kitabların açılması mümkün deyil. Bunları nəzərə alaraq biz ehtiyacı olanlar üçün saytımızın Elektron Kitabxana səhifəsində adı çəkilən proqramı yükləmələri üçün imkanlar yaratmışıq.

-Elektron kitabxananın elektron kitabları saytımızın həm əlifbaya uyğun, həm də müvafiq elm sahəsinə uyğun səhifələrdə Elektron Məlumat Bazalarında yerləşdirilir.

                                                      Kitabxananın işçi heyyəti

  1. Rəsulzadə Aysu Telman qızı                  – Kitabxana müdiri
  2. Həsənova Afət Məmmədtağı qızı         – Baş kitabxanaçı
  3. Vəliyeva Səidə Elnazim qızı                   – Baş kitabxanaçı
  4. Məmmədova Kəmalə Məmməd qızı   – Baş biblioqraf
  5. Bağırova Sevil Cəmil qızı                       – Baş biblioqraf

                                                             İş rejimi

Kitabxana bazar və şənbə günləri istisna olmaqla həftənin digər  günləri saat 09:00-dan 18:00-dək işləyir.