axçıvan Müəllimlər İnstitutunda institutun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Oxunması zəruri olan kitablar” siyahısına salınan “İslamda müdrik kəlamlar” kitabının müzakirəsi keçirilib. Kitab müzakirəsində Naxçıvan Müəllimlər İnstitutunun bir qrup əməkdaşları, Tələbə Gənclər Təşkilatı Kitab Müzakirəsi Klubunun üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzvi və Naxçıvan Universitetinin Dinşünaslıq ixtisası üzrə tələbələri iştirak ediblər.
Tədbirdə institutun “Təbiət və incəsənət” fakültəsinin dekanı Rövşən Vəliyev, “Pedaqoji” fakültəsinin dekanı Samirə Həsənova, Museyib Əlizadə çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, 7 bölmədən ibarət olan kitabda elm və təhsil əlaqələri, ana və ataya hörmət, ədəb qaydaları, dostluq və tərbiyə, əxlaq və xeyirxah əməllər, ailə münasibətləri, idarəetmə və ədalət, Vətən və şəhidliklə bağlı 242 müdrik kəlam öz əksini tapıb.
Sonda tələbələr çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.