Müsabiqənin şərtləri:

  1. Müsabiqə Naxçıvan Müəllimlər İnstitutu tələbələri arasında keçiriləcəkdir.
  2. Müsabiqə müddətində ən çox bədii ədəbiyyat oxuyan tələbə I, II, III yerlər üzrə mükafatlandırılacaqdır.
  3. Müsabiqədə oxunan kitabların həcmi xüsusi əhəmiyyət daşıyır.
  4. Müsabiqədə iştirak edən tələbə oxuduğu hər bir kitab haqqında 3 başlıq altında (Başlıqlar bu istiqamətləri əhatə etməlidir. 1. Kitab haqqında qısa məlumat. 2. Əsərin mahiyyəti. 3. Müasir dövrlə səsləşməsi və oxucuya qazandırdıqları) maksimum 1 səhifəlik xülasə təqdim etməlidir.
  5. İştirakçılar institutun “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professor-müəllim heyətindən və kitabxana əməkdaşlarından ibarət münsiflər tərəfindən qiymətləndiriləcəkdir.

 

Naxçıvan Müəllimlər İnstitutu kitabxanası