Naxçıvan Müəllimlər İnstitutunda “Xalq şairi Məmməd Arazın söz dünyası” adlı dəyirmi masa keçirilmişdir.

28 oktyabr 2021-ci il tarixdə institutun Azərbaycan dili və ədəbiyyatı kafedrası və Kitabxanasının birgə təşkilatçılığı ilə “Xalq şairi Məmməd Arazın söz dünyası” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Pedaqoji fakültənin I və II kurs Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası tələbələri də iştirak etmişdir. Tədbirdə Xalq şairi Məmməd Arazın həyatı və yaradıcılıq istiqamətləri haqqında geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, Məmməd Araz yaradıcılığı bugünkü və gələcək nəsillərin vətən sevgisi, yurda məhəbbət, onlarda yüksək vətəndaşlıq tərbiyəsinin həyata keçirilməsi üçün əvəzolunmaz təsir amillərindəndir.
Dəyirmi masada Azrəbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Yüsif Səfərovun “Məmməd Araz yaradıcılığında vətənpərvərlik”, Kitabxananın əməkdaşı Sevil Bağırovanın “Məmməd Araz yaradıcılığına bir baxış” mövzularında çıxışları dinlənilmiş, tələbələrin ifasında Məmməd Araz şeirləri səsləndirilmiş, haqqında videoçarxa baxış olmuş və mövzu ətrafında müzakirələr aparılmışdır.