Naxçıvan Müəllimlər İnstitutunda kitabxana əməkdaşlarının və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Avraam Linkolundan oğlunun müəlliminə məktub”u müzakirə olunub. Tədbirdə institutun bir qrup əməkdaşları, Tələbə Gənclər Təşkilatı və institutun müzakirə klubunun müxtəlif ixtisaslar üzrə üzvləri iştirak edib.
Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev, kitabxananın əməkdaşları çıxış edərək müzakirə olunan kitab və gənc nəsil üçün mütaliənin əhəmiyyəti, faydaları haqqında tələbələrə tövsiyyələr veriblər.
Müzakirədə iştirak edən tələbələr oxuduqları məktubun mahiyyəti, müasir dövrlə səsləşməsi və oxucuya qazandırdıqları haqqında maraqlı fikir mübadiləsi edib, onları maraqlandıran suallar cavablandırılıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti