Tədbirdə İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev, “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri Həsənalı Eyvazlı, Tədris Şöbəsinin müdiri Əfruz Mahmudova və İnstitut kitabxanasının müdiri Şəfayət Sadiqova çıxış edib, gənc nəsil üçün mütaliənin əhəmiyyəti və faydaları haqqında tövsiyyələr veriblər.
Müsabiqədə iştirak edən ələbələr oxuduqları kitablar haqqında qısa məlumat, əsərin mahiyyəti və müasir dövrlə səsləşməsi və oxucuya qazandırdıqları üç başlıq üzrə xülasə təqdim edib.
Müsabiqənin şərtlərinə əsasən iştirakçılar İnstitutun professor-müəllim heyəti və kitabxananın əməkdaşlarından ibarət münsiflər tərəfindən qiymətləndirilib, qaliblərə diplom və hədiyələrlə təqdim edilib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti