11 yanvar 1991-ci ildə Şərur rayon Xanlıqlar kəndində anadan olub. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisasını bitirib. Təhsil aldığı müddətdə M.A.Şahtaxtinski adına adlı təqaüdçü, kitabxanalarda könüllü olub və 2009-cu ildən YAP-ın üzvüdür.

2013-cü ildə universiteti bitirdikdən sonra Naxçıvan Dövlət Universiteti kitabxanasında işləyib. 2015-ci ildə Naxçıvan Dövlət Universiteti Magistratura fakültəsinin Biblioqrafiyaşünaslıq ixtisasına daxil olub, həm də Naxçıvan Universitetində kitabxanaçı vəzifəsində işləyib.

        2017-ci ildə Naxçıvan Dövlət Universitetində Baş biblioqraf vəzifəsində işləyib. İşlədiyi müddətdə Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsində kitabxanaçılıq üzrə dərs deyib. Həmin dövrdə Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin ingilis dili ixtisasına qəbul olub.

2021-ci ildən Naxçıvan Müəllimlər İnstitutunda müəllim kimi fəalliyyətə başlayıb. AMEA Naxçıvan bölməsinin Azərbaycan ədəbiyyatı üzrə doktorantıdır. Yeni layihələrin, məqalələrin, proqramların müəllifidir. Hal-hazırda Azərbaycan dili Ədəbiyyatı kafedrasının müəllimi və kitabxanasının müdiri vəzifəsində çalışır.