Naxçıvan Müəllimlər İnstitutunun Elmi Kitabxanasında internaturada olan “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası tələbələri kitabxanada olan bir sıra xidmət növlərini tətbiq ediblər.
Tələbələr kitabxananın sistemli və ənənəvi kataloqları ilə işləmək, elektron yazılışının tətbiqi qaydaları haqqında ətraflı məlumatlandırılıb, öyrəndiklərini təcrübədən keçiriblər.
Kitabxana müdiri Aysu Rəsulzadə və əməkdaşları tələbələrin iş proseslərini yaxından izləyib, tələbələrin kataloq yazılışı barədə əyani şəkildə tətbiqinə dəstək olub, tələbələrin suallarını cavablandırıblar.