13 oktyabr 2023-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Gənclər Təşkilatının və Kitabxananın birgə təşkilatçılığı ilə Coşqun Kərimovun “Kvan” əsərinin müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun rektoru Azad Novruzov kitab müzakirələrinin davamlı keçirilməsinin tələbələr üçün faydasından danışıb. Sonra Kitabxananın müdiri Aysu Rəsulzadə kitab haqqında qısa məlumat vermiş, Coşqun Kərimovun “Kvan” kitabı haqqında fikirlərini və kitabda təsvir olunan sualları əks etdirən videoçarx izlənilərək tələbələr arasında maraqlı müzakirə təşkil edilib.