Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində tərtib olunmuş tədbirlər planına uyğun olaraq yeni kitabların hazırlanması bəndinə uyğun olaraq 29 sentyabr tarixində Naxçıvan Müəllimlər İnstitutunun alimlərindən Sahib Əliyev, Azad Novruzov və Ceyhun Əliyevin həmmüəllifləri olduğu “Riyazi analiz II” kitabının təqdimat tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açıb. Rektor qeyd edib ki, hər bir ölkənin siyаsi və iqtisаdi rоlunun gücləndirilməsinin və оnun əhаlisinin rifаhının yüksəldilməsinin əsаs şərti ölkənin rəqаbət qаbiliyyətliyinin аrtmаsını təmin еtməkdir. Ölkənin bаşlıcа rəqаbət üstünlüyü bir çох cəhətdən təhsillə müəyyənləşən insаn pоtеnsiаlının inkişаfı ilə bаğlıdır. Elm və texnologiyalar sürətlə inkişaf edir. Аli təhsildən gözləntilər günbəgün dəyişir. Müasir dövr ali təhsildən еlmi-tехniki, tехnоlоji və еkоlоji təlаbаtlаrа, innоvаsiyаlаrа və bеynəlхаlq rəqаbətə dаhа həssаs yаnаşmаğı tələb еdir. Azad Novruzov vurğulayıb ki, rеspublikаmızın təhsil qаnunvеriciliyində bаş vеrmiş dəyişikliklər аli məktəblərin inkişаf strаtеgiyаsının müəyyənləşməsinə təsir göstərir, situаsiyаnın inkişаf prоqnоzlаrının və аli məktəblərin yеni şərаitdə dаvrаnış mоdеlinin işlənib hаzırlаnmаsını dаhа dа аktuаllаşdırır. Аli təhsilin ikipilləli sistеmi (bаkаlаvr və mаgistr) proqram və dərsliklərin məzmununda uyğun dəyişikliklərin aparılmasını tələb edir.
Sonra kitabın elmi redaktoru-riyaziyyat elmləri doktoru, professor Yaqub Məmmədov, rəyçiləri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev və institutun əməkdaşları çıxış edərək kitablar haqqında fikirlərini bildirib, müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda diqqətə çatdırılıb ki, riyazi analiz elementlərinin əsası ümumtəhsil məktəblərinin riyaziyyat kursunda qoyulur, ali təhsilin bakalavriat və magistratura səviyyələrində daha geniş və elmi əsaslarla öyrənilir. Müasir təlim texnologiyaları və təhsil proqramları müvafiq dərs vəsaitlərinin və dərsliklərin tətbiqini tələb edir. “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarının yeni təhsil proqramlarına və onların məzun kompetensiyalarına uyğun on üç fəsildən ibarət olan vəsaitdə Riyazi analizdən mühazirələr və həmin mühazirələri daha sadə şəkildə başadüşülən olması üçün nümunələrlə verilmişdir.
Sonda kitabın müəllifi Sahib Əliyev kitaba verilən qiymətə görə təqdimat təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti