Müsabiqənin şərtləri:
- Müsabiqə Naxçıvan Müəllimlər İnstitutu tələbələri arasında keçiriləcəkdir.
- Müsabiqə müddətində ən çox bədii ədəbiyyat oxuyan tələbə I, II, III yerlər üzrə mükafatlandırılacaqdır.
- Müsabiqədə oxunan kitabların həcmi xüsusi əhəmiyyət daşıyır.
- Müsabiqədə iştirak edən tələbə oxuduğu hər bir kitab haqqında 3 başlıq altında (Başlıqlar bu istiqamətləri əhatə etməlidir. 1. Kitab haqqında qısa məlumat. 2. Əsərin mahiyyəti. 3. Müasir dövrlə səsləşməsi və oxucuya qazandırdıqları) maksimum 1 səhifəlik xülasə təqdim etməlidir.
- İştirakçılar institutun “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professor-müəllim heyətindən və kitabxana əməkdaşlarından ibarət münsiflər tərəfindən qiymətləndiriləcəkdir.
Naxçıvan Müəllimlər İnstitutu kitabxanası