23 dekabr 2021-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Kitabxana əməkdaşlarının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə kitab müzakirəsi təşkil olunmuşdur.
Müzakirə Ernest Heminqueyin “Qoca və Dəniz” povestinə həsr olunmuşdur. Müzakirədə Təbiət və incəsənət fakültəsinin Kitabxanaçılıq və informasiya fəaliyyəti II və III kurs tələbələr iştirak etmişdir. Təbiət və incəsənət fakültəsinin dekanı dosent Rövşən Vəliyev giriş nitqi söylədikdən sonra tələbələr əsər haqqında çıxışlar etmiş və müzakirələr aparılmışdır.