2000-ci ildən fəaliyyətə başlayan Naxçıvan Müəllimlər İnstitutunun Elmi kitabxanası İnstitutun aparıcı struktur bölmələrindən biri olub çap əsərlərini və digər informasiya daşiyıcılarıni toplayıb, mühafizə edən , onların sistemli istifadəsini təşkil edən, Muxtar Respublikada elmi kadrların hazırlanmasında xüsusi rol oynayan elmi mərkəzdir.
İnstitutun Elmi Kitabxanası dünya elmindən, dünya kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksək səviyyədə xidmət göstərir. Hazırda kitabxana hər cür texniki avadanlıqlarla təhciz edilmiş 2 fond və 2 oxu zalı var. Kitabxananın fondunda 32810-dan artiq elmi və bədii ədəbiyyat saxlanilir. Bunlarda 3000-ə yaxını müxtəlif dillərdə olan ədəbiyyatlardır. Kitabxana respublikanın müxtəlif unversitet və kitabxanaları ilə informasiya mübadiləsi aparır.